Yığmamız yarımfinalda - İslamiada

12.08.2022 16:51 344
Yığma
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi yığma B qrupundakı son matçında Kamerun yığmasına 3:1 hesabla qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycanın qadın voleybol yığması daha əvvəl Seneqal və Əfqanıstana 3:0 hesabı ilə qalib gəlmişdi.