Misli premyer-liqasının 2-ci turunun açılış oyununda “Sabah” səfərdə "Zirə"ni 3:1 hesabıyla məğlub etdi.
"Football-plus.az" xəbər verir ki, qarşılaşmadan sonra qonaqların kapitanı Elvin Camalov fikirlərini bizimlə bölüşdü:
"Çempionata ardıcıl iki qələbə ilə başladıq. Buna görə şadıq. Gözlənildiyi kimi, oyun çox çətin keçdi. İlk dəqiqələrdə fərqlənməyimiz yekun nəticəyə təsir edən əsas amillərdən oldu. Belə qələbələr qarşıdakı matçlar üçün yaxşı motivasiyadı. Lakin artıq bunu unudub qarşıdakı oyunlara köklənmişik. İnanıram ki, uğurlu oyunlarımızı qarşıdakı turlarda da davam etdirəcəyik".
ABDULLA İSMAYILOĞLU