Azərbaycan həndbolçuları finalda - İslamiada

13.08.2022 16:36 374
İdman
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Football-plus.az
xəbər verir ki, yarımfinal görüşündə yığmamızın rəqibi Özbəkistan millisi olub. Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb - 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib - 40:27.

Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib - 34:23.