Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, qitə birinciliyinin son günündə sablya və şpaqa növləri üzrə komanda yarışları keçirilir.
Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova, Palina Kaspiaroviçdən ibarət qadınlardan ibarət sablya yığması 1/8 finalda Yunanıstana 37:45 hesabı ilə uduzub. Ardınca 9-16-cı yerlər uğrunda Polşa ilə üz-üzə gələn milli bu görüşdə də məğlub (29:45) olub.
Şpaqa üzrə kişilərdən ibarət komanda isə Nidelandla qarşılaşıb. Heyətində Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyevin yer aldığı komanda 1/16 finalda Niderlanda uduzaraq (34:45) qitə çempionatında çıxışını başa vurub.
Daha əvvəl Anna Başta şəxsi yarışda qızıl medal qazanmışdı.