Andrea Belottinin karyerasını “Roma”da davam etdirmək şansı qalır.
Football-plus.az xəbər verir ki, “Torino”dan azad agent kimi ayrılan İtaliya yığmasının hücumçusu paytaxt klubundan həftəsonuna qədər cavab gözləyəcək. “Roma” onun xidmətində maraqlıdı.
Lakin futbolçunun maliyyə tələblərini ödəməkdə çətinlik çəkir. Əks halda 28 yaşlı Belottinin “Qalatasaray” və ya “Nitsa”dan aldığı təklifləri dəyərləndirəcəyi xəbər verilir.