“Roma” daha bir hücumçu ilə anlaşdı

31.07.2022 23:46 387
Dünya futbolu
Bu yay ön xəttini Paulo Dibala ilə gücləndirən “Roma” daha bir hücumçu ilə anlaşıb.

Football-plus.az xəbər verir ki, yerli mənbələr paytaxt klubunun Andrea Belotti ilə razılığa gəldiyini iddia edir.

İtaliya yığmasının 28 yaşlı hücumçusu “Torino” ilə müqaviləsi iyulun 1-də qüvvədən düşdüyü üçün azad agent statusu daşıyır. Başqa sözlə, “Roma” ona görə təzminat ödəməyəcək.