"Roma" hücumçusunu icarəyə verir

29.07.2022 19:39 402
Dünya futbolu
Eldor Şomurodov İtaliya A Seriyasında klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, "Torino" "Roma" və Özbəkistan millisinin hücumçusunu icarəyə götürmək istəyir. Paytaxt klubunun rəhbərliyinin baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayan forvard üçün təklifi qəbul edəcəyi gözlənilir.

Şomurodov ötən mövsüm "Roma"nın heyətində 39 oyunda 5 qol vurub.