"Çətin oyun oldu. Fasilədə çox şanslar qaçırdıq. "Neftçi" yaxşı müdafiə olunmaqla yanaşı, əks-hücumlar təşkil edirdi. İlk hissədə məqsədimizə çata bilmədik. Fasilədən sonra rəqib əlinə düşən fürsətləri dəyərləndirə bilmədi. Lakin biz özümüzü toparlayıb ilk qolu vurduq. Əlavə vaxtda da fərqlənəcəyimizi bilirdik. Buna hazır idik. Qələbə qazandığımız üçün xoşbəxtəm"
Bu sözləri
Football-plus.az saytına açıqlamasında "Rapid"in müdafiəçisi Maksimimilan Hofmann deyib. Vyana klubunun kapitanı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiklərini şərh edib. 29 yaşlı avstriyalı Bakıda səhvləri etmədiklərini bildirdi:
"Hər iki oyun bizim üçün çətin oldu. Bakıdakı matçda rəqib bizdən üstün idi. Həmin görüşdə çox səhvlər etmişdik. Bu qarşılaşmada onları təkrarlamadı. "Neftçi"nin mübarizə əzmi alqışa layiqdi. Rəqib bizə çox çətin anlar yaratdı. Buna baxmayaraq, biz daha yaxşı olduğumuzu isbat etdik. Son ana qədər vuruşduq, qələbə qazanıb, mərhələ adlamağı bacardıq. İndi qrup mərhələsinə vəsiqə qazanmaq haqda düşünə bilərik".