"Football-plus.az" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
O, “Ferentsvaroş”la cavab matçında qazandıqları qələbəni şərh edərkən bu qalibiyyətin çətin əldə oldunduğunu bildirib:
“Hesabı açdıqdan sonra bu bizə əlavə üstünluk verdi. Qələbə qazansaq da, rəqibin yaxşı imkanları var idi. Şanslar 50/50 idi”.
Zubir Çempionlar Liqasının fərqli turnir olduğunu bildirib:
“Futbolçuların arzusu idi ki, belə bir turnirdə iştirak etsin. Biz də bunu istəyirik. Məqsədimiz var və ümid edirəm ki, bunu reallaşdıracağıq”.


