"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Çexiya) futbolçusu Ondrjey Mihaliklə yolları ayırıb.
"Football-plus.az" klubun saytına istinadənxəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Çexiyanın "Slovaçko" klubunda davam etdirəcək.
Qeyd edək ki, 2019-cu ilin iyununda Niderlandın "Alkmaar" klubundan "Viktoriya"ya transfer olunan Mihalik sözügedən klubda 57 matçda 5 qol vurub və 5 qolun ötürməsini verib.
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20.45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.