
Çempionlar Liqası
115
5.07.2022, 14:12
İki futbolçu "Lex"i tərk edir
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"ı qəbul edəcək Polşa "Lex"i iki futbolçusu ilə yolları ayırmaq üzrədi.
"Football-plus.az" Polşa mətbuatına istinadən xəbər verir ki, Yan Sikora və Daniel Ramires Poznan təmsilçisində qalmağı planlaşdırmır.
Sikora ölkəsi Çexiyanın "Viktoriya" (Plzen) klubunda təlim-məşq toplanışına qoşulub. Ramires isə ayrılıq qərarı ilə bağlı rəhbərliyə bildirib. Ancaq onun adı ÇL-də "Qarabağ"la oyunlar üçün iştirak ərizəsində yer alıb.
Qeyd edək ki, "Lex" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.