"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

10.08.2022 13:03 678
Çempionlar Liqası
Çexiyanın "Viktoriya" klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, iki matçın nəticəsinə görə rəqibini üstələyən Plzen təmsilçisi pley-offa vəsiqə qazanıb. "Viktoriya" bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.

"Viktoriya" - "Şerif" 2:1

Qollar: Yan Kliment, 10, Con Mosquera, 62 - Raşid İbrahim Akanbi, 47 (pen)