Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Football-plus.az xəbər verir ki, təmsilçimiz "Neftçi" avqustun 11-də “Alyans” stadionunda “Rapid”lə qarşılaşacaq. "Ağ-qaralar" matçdan öncə azarkeşlərə müraciət edib. Bildirilib ki, komandanı tribunadan dəstəkləmək istəyənlər həmin gün saat 20:30-dan oyun başlayanadək 6-cı və 7-ci sektorların qapısından bilet əldə edə bilərlər. Qiyməti 12 avro olan biletlərin ödənişini kart vasitəsilə və ya nağd şəkildə etmək olar.