"Football-plus.az" xəbər verir ki, macarıstanlı oyunçu 1:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:
"Oyun planlaşdırdığımız kimi olmadı. Erkən qol planlarımızı pozdu, lakin belə tez dağılmamalı idik. İmkanlardan yararlana bilmədik.
İkinci hissədə daha çox risk aldıq, irəli getdik. Təəssüf ki, "Qarabağ" əks-hücumlardan yaxşı istifadə etdi.
"Qarabağ"ın ən kiçik səhvi cəzalandıracaq futbolçuları var. Çoxlu səhvlərə yol verdik və onlar bundan istifadə etdilər.
Evimizdə Çempionlar Liqasına vida etdik. Düşünürdük ki, burada mərhələ keçə bilərik. Təslim olmayacağıq. Yolumuza Avropa Liqasında davam edirik. İstəyimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı".