"Football-plus.az" xəbər verir ki, o, bununla bağlı özünün "Tvitter" səhifəsində yazıb:
“UEFA Çempionlar Liqasının 3-cü mərhələsinə vəsiqə qazanması münasibətilə "Qarabağ"a təbriklər. Əla futbol performansı!".
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə (İsveçrə) iki oyunun nəticəsinə (3:2, 2:2) əsasən 3-cü təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi bu mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq.



