Verner Bundesliqaya qayıdır

9.08.2022 09:50 359
Dünya futbolu
"Çelsi"nin futbolçusu Timo Verner karyerasını Almaniyada davam etdirəcək.

Football-plus.az xəbər verir ki, alman hücumçu "Leiptsiq"lə razılaşıb. Bu barədə Fabritsio Romano "tvitter" hesabında paylaşım edib.

Bundesliqa klubu 26 yaşlı forvard üçün 30-35 milyon avro ödəyəcək. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Verner 2020-ci ildə "Leiptsiq"dən "Çelsi"yə keçib.