Lukaku "İnter"ə qayıdır

22.06.2022 13:56 392
Dünya futbolu
"Çelsi"nin futbolçusu Romelu Lukaki karyerasını "İnter"də davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, belçikalı hücumçu icarə əsasında "neradzurra"ya keçəcək. Bu barədə "Sky Sports İtalia" məlumat yayıb. "İnter" "zadəganlar"la razılaşıb və keçidi yaxın zamanda açıqlayacaq.

Lukaku 2019-2021-ci illərdə "İnter"də çıxış edib. O, bu komanda ilə A Seriyasını qazanıb.