"Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını İngiltərədə davam etdirəcək.
"Football -plus.az" xəbər verir ki, niderlandlı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" 25 yaşlı yarımmüdafiəçi üçün "Barselona"ya 65 milyon avro və 20 milyon avro bonuslar ödəyəcək.
Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.