Timo Verner yenidən sabiq klubunda çıxış edə bilər.
Football-plus.az xəbər verir ki, onun bu yay “Çelsi”ni tərk etmək ehtimalı ortaya çıxıb.
Son xəbərlərdə “Leyptsiq”in İngiltərə klubu ilə danışıqlara başladığı bildirilir. “Sky Sport Germany” telekanalının yaydığı məlumatda bu keçiddə bütün tərəflərin maraqlı olduğu da qeyd edilir.
26 yaşlı Verner “Leyptsiq”in formasını 2016-20-ci illərdə geyib. Bu komandada Almaniya çempionatında keçirdiyi 127 oyunda 78 qol vurub. Onun premyer-liqadakı göstəriciləri isə uyğun olaraq 56-ya və 10-a bərabərdi.