Liqa 1-in 33-cü turunun “Anje” ilə oyunu Kilian Mbappe üçün əlamətdar olub.
PSJ-nin 23 yaşlı hücumçusu komandasının 3:0 hesablı qələbəsi ilə nəticələnən matçda hesabı açıb. Mbappe bununla da Fransa çempionatında vurduğu qolların sayını 113-ə çatdırıb. O, bu nəticə ilə PSJ-nin formasında eyni sayda qol vuran Zlatan İbrahimoviçə şərik olub. Kilian 113 qolu 137, hazırda “Milan”da çıxış edən Zlatan 122 oyuna vurub.
Liqa 1-də PSJ-nin ən çox qol vuran futbolçusu isə Edinson Kavanidi. Hazırda “Mançester Yunayted”də oynayan uruqvaylı Fransanın yüksək liqasında 138 dəfə qol sevinci yaşayıb.