“Şamaxı”nın İdarə Heyətinin (İH) tərkibi açıqlanıb.
Football-plus.az xəbər verir ki, bu barədə klubun təqdimat tədbirində məlumat verilib.
Hüquqşünas Elçin Usubun rəhbərlik etdiyi heyətdə ümumilikdə 5 nəfərdən ibarətdi.
E.Usubun müavinləri Emil Sadıqzadə və Xəyal Mustafayev, heyət üzvləri isə Orxan Fikrətoğlu və Seyran Alcanovdu.
Komandanın rəsmi baş məşqçisi Vüqar Əsgərli olacaq. Məşqçilər isə Cavid Hüseynov, Elhad Nəziri və Rüstəm Əliyevdir. Miloş Yevtiç fiziki hazırlıq, Anar Niftəliyev isə qapıçılarla iş üzrə məşqçi funksiyasını yerinə yetirəcək.