Cavid Hüseynov "Zirə"dən ayrılan məşqçini "Şamaxı"ya apardı

24.06.2022 13:28 2 191
Premyer-liqa / Manşet
Xəbər verdiyimiz kimi, Cavid Hüseynov "Şamaxı"nın yeni baş məşqçisi olacaq.

Bu təyinat rəsmi təsdiqlənməsə də, yaxın günlərdə onunla müqavilə imzalanacaq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq gənc mütəxəssisin köməkçiləri də məlumdu. Məşqçilər korpusunda "Cəbrayıl"da birgə işlədiyi Elhad Nəziri, qardaşı Şərafəddin Hüseynov yer alacaq.

Qapıçılar üzrə məşqçi funksiyasını isə bu yaxınlarda "Zirə"nin əsas komandasından əvəzedici heyətə göndərilən Anar Niftəliyev yerinə yetirəcək.

RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul