Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından sonra boş qalan post da sahibini tapıb. Bu vəzifəyə illər öncə AFFA-nın Lisenziyalaşdırma Komissiyasında fəaliyyət göstərən Elçin Usubun gətiriləcək.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, klubun Müahidə Şurasına Ramiz Məmmədovla Orxan Fikrətoğlu da gətiriləcək. Xəbəri dəqiqləşdirmək üçün Ramiz bəylə danışmağı lazım bildik:
“Klub tərəfindən xəbər verilmədiyi müddətdə danışmaq istəmirəm. İstəyirəm ki, klub hər şeyi dəqiqləşdirsin, rəhbərliklə olan danışıqlarımız yekunlaşsın, ondan sonra ətraflı məlumat verim. Gözləyək, bir az səbirli olaq. İlkin danışıqlar gedir. Qalan məlumatları isə klub verə bilər”.
ŞAİR ABDULLA





