Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. Football-plus.az xəbər verir ki, “Neftçi” Cənubi Kipr “Aris”ini üstələyəcəyi halda "səpələnməmişlər" səbətinə düşəcək.
“Neftçi” “Aris”i keçərsə, potensial rəqibləri:
“Tvente” (Niderland)
“Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi
“Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi
“Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi
“Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi
Ölkəmizin digər iki təmsilçisi isə hazırkı rəqiblərini keçməyi bacarsa, 3-cü mərhələdə "səpələnmişlər" səbətində yer alacaq.
“Zirə” Təl-Əviv "Makkabi”sini keçsə, potensial rəqibləri:
“Rujomberok” (Slovakiya) / “Riqa” (Latviya) cütünün qalibi
“Kızıl Jar” (Petropavlovsk, Qazaxıstan) / “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Vikinqur” (Farer adaları) / “Dunayska Streda” (Slovakiya) cütünün qalibi
“Qzira Yunayted” (Malta) / “Radniçki” (Serbiya) cütünün qalibi
“Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi
“Qəbələ” Macarıstanın “Fehervar” səddini adlaya bilsə, potensial rəqiblər:
“Panatinaikos” (Yunanıstan)
“Sepsi” (Rumıniya) / “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi
“Vlajniya” (Albaniya) / “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi
“Koper” (Sloveniya) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi.
İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.