"Sumqayıt" İran klubuna uduzdu

29.07.2022 10:00 416
Premyer-liqa
2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” dünən sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib.


Football-plus.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün keçiriləcək bərpa məşqi ilə “Sumqayıt” 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da vətənə qayıdacaq.