"Sumqayıt" başladı

27.06.2022 16:39 374
Premyer-liqa
"Sumqayıt" 2022/2023 mövsümünün hazırlığına start verib.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk məşqini həyata keçirib.

Qeyd edək ki, "Sumqayıt" iyulun 15-dək hazırlıq prosesini Azərbaycanda keçəcək. Komanda 16 iyul tarixində isə iki həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.