"Sumqayıt" 3 yoxlama oyunu keçirəcək

20.06.2022 14:39 593
Premyer-liqa
“Sumqayıt” iyunun 27-dən etibarən 2022/23 mövsümü üçün hazırlıqlara start verəcək.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanışın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda keçiriləcək.

Aleksey Baqanın komandası bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələlik açıqlanmayıb.