Görəsən, "Sabah"ın növbəti rəqibi kim olacaq? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:
"Banskoda hazırlıq davam edir, hər şey qadasındadı. Futbolçular yoxlama matçlarında çox istəklidi, özlərini yaxşı tərəfdən göstərirlər. İyulun 30-da son yoxlama matçımızı keçirəcəyik. Rəqib Kiprin "Nea Salamina" kollektividi. Bu il güclülər dəstəsinə vəsiqə qazanıb".
ABDULLA İSMAYILOĞLU





