"Sabah" 2 futbolçusuz başladı

18.07.2022 10:45 428
Premyer-liqa
Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” təlim-məşq toplanışının ikinci hissəsi üçün Bolqarıstana yola düşüb.

Football-plus.az xəbər verir ki, "bayquşlar" dünən günorta saatlarında Bansko şəhərinə çatıb. “Ağ-göylər” axşam saatlarında Bolqarıstanda ilk məşqinə çıxıb.

Qeyd edək ki, zədəli olan Tiemoko Fofana və Kristian Da Silva Banskodakı hazırlıqlara qatılmayıblar.

“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-nə qədər davam edəcək. "Tələbələr" toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək.