"Sabah" hazırlıq üçün bu ölkəyə yollanacaq

26.06.2022 17:15 524
Ölkə futbolu
“Sabah”ın yay hazırlıq planı bəlli olub.

"Football-plus.az" saytının məlumatına görə, Masazır təmsilçisi hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə "bayquşlar" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.