Komanda daha bir transfer həyata keçirib. Nigeriyalı Emmanuel Apehi "bayquşlar"la 2 illik müqavilə bağlayıb.
"Football-plus.az" saytı olaraq "Sabah"ın Bolqarıstandakı təlim-məşq toplanışı haqda məlumat almaq üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:
"Komanda məşqləri davam etdirir. Yeni transferimiz Emmanuel Apeh də komanda ilə məşqlərə qoşulub. Bolqarıstandakı ilk yoxlama oyunumuzu sabah İsrailin yüksək liqa təmsilçisi "Hapoel"ə qarşı keçirəcəyik. Qalan rəqiblərin adına hələ tam aydınlıq gəlməyib. Onların Kiprin yüksək liqa təmsilçiləri olmaq ehtimalı var".
ABDULLA İSMAYILOĞLU





