Macarıstan mediası "Sürix"i "Qarabağ"dan üstün hesab edir

25.07.2022 17:46 608
Manşet / Çempionlar Liqası
Macarıstan mətbuatında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” cütünün şansları dəyərləndirilib.

Football-plus.az xəbər verir ki, "Index" bununla bağlı məqalə hazırlayıb.

Macar həmkarlarımıza görə cütün favoriti isveçrəlilərdi:

"Komandaların bazar dəyərini əsas götürsək, onda bizim cütlükdə “Ferentsvaroş” (42,65 milyon avro) “Slovan”dan (21,08 milyon) iki dəfə güclüdü. Digər cütlükdə isə “Sürix” (42,1 milyon avro) “Qarabağ”dan (14,1 milyon avro) təxminən 3 dəfə üstündü. Favoritlər qalib gəlsə, “Ferentsvaroş” ötən mövsümün əvvəlində olduğu kimi növbəti İsveçrə çempionu ilə qarşılaşacaq. Lakin həmin vaxt rəqib “Yanq Boyz” idi. Hansı ki, hər iki görüşü 3:2 hesabı ilə qalib başa vurdu. Buna görə də Macarıstan klubu Avropa Liqasının qrup mərhələsinə düşdü".


Qeyd edək ki, Bakıda keçirilən görüşdə "Qarabağ" "Sürix"i 3:2 hesabı ilə məğlub edib.