FIFA prezidenti Canni İnfantino "Qarabağ"ı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Funksioner İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə başa çatan 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.