“Arsenal”dan gürcü hücumçu həmləsi

12.09.2026 10:47 0
Dünya futbolu
“Arsenal” Andria Bar­tişvilini heyətinə qatıb.

“Football-plus.az” xəbər verir ki, London təmsilçisi 17 yaşlı gürcü hücumçu ilə ilkin müqavilə razılaşması əldə etdiyini açıqlayıb. Bartişvili 2027-ci ilin iyulunda, 18 yaşı tamam olduqdan sonra “Arsenal”a qoşulacaq.

Hazırda “Kolxeti 1913” klubunun futbolçusu olan Bartişvili “İberiya 1999”da icarə əsasında çıxış edir.