“Neftçi”nin prezidenti Kamran Quliyev Artyom Dzyuba ilə danışıqlar apardıqlarına dair yayılan xəbərlərə münasibət bildirib.
Football-plus.az xəbər verir ki, flaqmanın rəsmisi Rusiyanın “Sport-ekspress” qəzetinə açıqlamasında məlumatı təkzib edib:
“Dzyuba böyük futbolçudu. Amma onun səfərinin “Neftçi”yə bir bağlılığı yoxdu. Ola bilər ki, istirahətə gəlib”.
Qeyd edək ki, daha öncə “Sport-ekpress” qəzeti Dzyubanın Bakıya səfər etdiyini yazıb. Onun "Neftçi" və ya "Qarabağ"la danışıqlar apara biləcəyi iddia olunub.