“Dzyuba Azərbaycana getsə, ona yazığım gələr" - "Neftçi"nin sabiq baş məşqçisi

18.07.2022 22:07 692
Dünya futbolu
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela Artyom Dzyubanın Azərbaycan klublarından birinə keçəcəyi ilə bağlı xəbərlərlə bağlı rus mətbuatına açıqlama verib .

"Football-plus.az" xəbər verir ki, mütəxəssis “Sport24″ portalına rusiyalı forvard üçün Azərbaycanda oynamağın çətin olacağını deyib:

“Dzyuba həqiqətən də Azərbaycana getsə, ona yazığım gələr. Bu ölkədə oynamaq çox çətin olar. Artyom üçün belə isti bir iqlimdə tapşırıqların öhdəsindən gəlmək son dərəcə çətin olacaq. Bu, onun üçün pis seçimdir.

Təbii ki, onun Rusiyada oynamağa davam etməsi daha yaxşıdır. Ancaq klublar üçün Artyom artıq çox problemli oyunçudur. O, yaşlı və ləngdir. Dzyubanın qiyməti artıq keyfiyyətə uyğun gəlmir, ona görə də heç bir klub onu dəvət etmir. Son vaxtlar onun oyununu görmüşəm və ona marağın olmaması məni heç də təəccübləndirmir. Bu futbolçunun tələblərini azaltmasının vaxtı çatıb”.