“Qalatasaray”dan ayrılacaqlar

12.09.2026 13:11 18
Dünya futbolu
"Qalatasaray" qışda üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

“Football-plus.az” xəbər verir ki, “Cim-Bom” Vilfrid Sinqo, Kaan Ayhan və İlkay Gündoğanla vidalaşacaq. Bu barədə türkiyənin "Sözcü" nəşri məlumat yayıb.

Adıçəkilən oyunçular baş məşqçi Okan Burukun gələcək planlarında yer almayıb.

Kaan Ayhan cari mövsümdə cəmi 1, Sinqo 2 matçda 41, Gündoğan isə 2 görüşdə 11 dəqiqə oynayıb.