Milli karyerasını başa vurdu

12.09.2026 11:48 9
Dünya futbolu
“Atletik”də çıxış edən İnyaki Vilyams Qana millisində karyerasını sonlandırıb.

“Football-plus.az” xəbər verir ki, 32 yaşlı futbolçu bu haqda sosial şəbəkə hesablarında məlumat yayıb.

2022-ci ilin sentyabrından milli komandada forma şansı əldən edən hücumçu 28 oyuna 2 qol vurub.

Vilyams Qana ilə 2024-cü il Afrika Millətlər Kubokunda, həmçinin 2022 və 2026-cı il dünya çempionatlarında iştirak edib.

O, sosial şəbəkələrdə etdiyi paylaşımda Qanaya təşəkkür edib və bundan sonra millini dəstəkləyəcəyini bildirib.