"Sabah" yenə uduzdu

26.07.2022 22:10 393
Premyer-liqa
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Football-plus.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Cənubi Kiprin yüksək liqa təmsilçisi "Atrikas Xlorakas"la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Matçda "Sabah"ın qollarına Davit Volkov və Anatoli Nuriyev imza atıblar.

"Sabah" Bolqarıstandakı ilk sınağında İsrailin "Hapoel" (Hadera) klubuna uduzub - 0:1.