"Sabah" İsrail klubu ilə qarşılaşacaq

18.07.2022 21:34 413
Ölkə futbolu
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı ilk rəqib bəlli olub.

"Football-plus.az" xəbər verir ki, komanda İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19.30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutacaq.