"Sabah" İsrail klubuna uduzdu

20.07.2022 23:07 504
Ölkə futbolu
Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Hapoel Hadera" ilə qarşılaşıb. Matç İsrail təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

"Sabah" Bolqarıstanda daha 2 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ məlum deyil.