"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirdi

7.07.2022 09:26 609
Premyer-liqa
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı dayaq yarımmüdafiəçisi Giorgi Kantariyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçunun son klubu vətənində "Telavi" olub. Kantariya Gürcüstan U-21 millisində də çıxış edib.