Tural Axundovun yeni klubu bəlli oldu - RƏSMİ

20.06.2022 09:26 628
Premyer-liqa
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi son klubu "Şamaxı" olan Tural Axundovu heyətinə qatıb. Bu barədə "sari-göylər"in mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə bir illik müqavilə imzalanıb. Axundov 2015-2017-ci illərdə də Gəncə təmsilçisinin şərəfini qoruyub. İki mövsüm komandanı kapitan kimi meydana çıxarıb.

Müdafiəçi Azərbaycan yığmasında 2 matça çıxıb.