
MARAQLI / Manşet
286
30.06.2022, 18:46
"Qarabağ" Polşada buranı seçdi
Son Azərbaycan çempionu “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi burdakı yoxlama oyunlarını başa vurub. “Köhlən atlar” iyulun 3-ü Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə qarşılaşmaq üçün Polşanın Poznan şəhərinə yola düşəcək. Səfərin təfərrüfatlarını öyrənmək üçün Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
“Çarter reysi ilə Polşaya yollanacağıq. Poznan şəhərində “Şeraton” oteldə qalacağıq. İyulun 3-ü səhər Avstriyada səhər məşq edəcəyik. Bir gün sonra Poznanda Polşa vaxtı ilə saat 19.40-da baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı, 20.00-da isə açıq məşqimiz olacaq”.
İLKİN SULTANLI