"Qarabağ" "Lex"i keçsə, "Sürix"lə bu tarixdə qarşılaşacaq

22.06.2022 19:57 1 676
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki mümkün rəqibi "Sürix"in (İsveçrə) cavab oyununun vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı UEFA-nın rəsmi saytı yayıb. Ağdam təmsilçisi 1-ci mərhələdə "Lex" səddini keçsə, İsveçrə klubu ilə səfərdəki cavab matçına iyulun 27-də çıxacaq. "Sürix"in "Qarabağ" - "Lex" cütünün qalibi ilə ikinci görüşü "Letsiqrund" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Qeyd edək ki, ilk qarşılaşmanın vaxtı isə dəqiqləşməyib.