"Sürix"in "Qarabağ"la oyuna xüsusi formalarda çıxmağının səbəbi

20.07.2022 11:01 628
Çempionlar Liqası
İsveçrənin “Sürix” klubu dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a uduzub – 2:3.

"Football-plus.az" xəbər verir ki, ölkəsinin çempionu Bakıdakı matça xüsusi formalarla çıxıb. Bu barədə “Sürix”in mətbuat xidməti məlumat yayıb.

Bu dəstlər yalnız “Qarabağ”la oyunda geyinilib və satışa çıxarılmayıb. Klubun yeni səfər formasının çatdırılmasında problem yarandığı üçün xüsusi qara formalardan istifadə olunub.

“Sürix”in yeni mövsüm üçün ev və səfər formaları iyulun sonlarında fan-maqazində və həmçinin onlayn şəkildə satışa çıxarılacaq.

Qeyd edək ki, “Qarabağ” “Sürix”lə cavab oyununu iyulun 27-də İsveçrədə keçirəcək.