"Qəbələ"nin futbolçusu məğlubiyyətlə bağlı bu sözləri yazdı

22.07.2022 09:34 556
Konfrans Liqası
“Qəbələ”nin futbolçusu Rövlan Muradov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la ilk oyunundan sonra instaqramda paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları yazıb:

“Sonda nəticə ürəyimizcə olmasa da, əlimizdən gələni meydanda etməyə çalışdıq. Bir bir ailəyik. Yaxşı gündə də, pis gündə də birik. Bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.


“Qəbələ” “Fehervar”la cavab oyununu iyulun 28-də Qəbələdə keçirəcək.