"Tapşırıqların öhdəsindən gəldik" - "Aris"in futbolçusu

22.07.2022 09:11 457
Konfrans Liqası
“Aris”in futbolçusu Matiya Şpolyariç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Qələbə qazandığımız üçün xoşbəxtik. Daha çox qol vura bilərdik. Hazırlıq mərhələsində çox çalışdıq. Tapşırıqların öhdəsindən gəldik”.

“Neftçi” “Aris”lə cavab oyununu iyulun 28-də Bakıda keçirəcək.