“Fehervar”ın futbolçusu Peter Pokorni klubun rəsmi saytına müsahibə verib.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Konfrans Liqasında qarşılaşacaqları "Qəbələ" ilə oyunların çətin olacağını bildirib:
“Avrokuboklarda asan rəqib olmur. “Qəbələ” ilə oyun çətin olacaq. Növbəti mərhələyə yüksəlmək istəyirik. Hədəfimiz qruplara qalmaqdı”.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu iyulun 21-də Macarıstanda keçirəcək. Cavab matçı bir həftə sonra Qəbələdə olacaq.