Şahin Diniyev Konfrans Liqasında hansı komandamızı daha şanslı sayır? – AÇIQLAMA

21.07.2022 21:31 400
Manşet / Konfrans Liqası
Bu gün klublarımız Konfrans Liqasında mübarizəyə start verir.

İlk matç Bakıda, “Dalğa Arena”da keçiriləcək. “Zirə” “Makkabi”ni qəbul edəcək. Görüş saat 20.0-da start götürəcək. İkinci qarşılaşma isə Macarıstanda baş tutacaq. “Qəbələ” “Fehervar”ın qonağı olacaq. Son olaraq “Neftçi” Cənubi Kiprdə “Aris”lə üz-üzə gələcək. Bu görüşlər isə uyğun olaraq 21.00 və 21.30-da başlayacaq.

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışından sonra təmsilçilərimiz Konfrans Liqasında ilk oyunlarına çıxır. Maraqlıdı, 3 komandadan hansının şansı daha çoxdu? Mərhələ keçmək ehtimalı nə qədərdi? “Football-plus.az” saytı olaraq bu məsələlərlə bağlı mütəxəssis fikrini öyrəndik. Şahin Diniyev bunları söylədi:

“Hər üçünə uğurlar arzulayıram. “Zirə” və “Qəbələ”nin baş məşqçilərinin avrokuboklarda debüt matçlarıdı. Əlbəttə, hər üç komandamızın qarşılaşacağı rəqiblər də zəif deyil. Lakin bu o demək deyil ki, keçilməsi mümkün olmayan rəqiblərdi. Futbol proqnozları sevmir. Amma ona oxşar bir şey deyə bilərik ki, bugünkü oyunda “Neftçi”nin rəqibi müqayisədə zəif görünür. Komanda özü də “Aris”dən üstündü. Bir sözlə, “Neftçi”nin mərhələ keçəcəyini daha real sayıram. Ancaq “Zirə” və “Qəbələ”nin şanslarını bərabər görürəm. Əlbəttə, komandalar yaxşı hazırlaşıb, uzunmüddətli hazırlıq prosesi keçiblər. Ümid edək ki, yaxşı nəticə göstərəcəklər”.


ŞAİR ABDULLA